Image

Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb

 

Quba-Qusar bölgəsinin bəzi yerlərində sentyabrın 25-i səhər saatlarında arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətinin saat 09:00-a olan məlumatına görə, Qusarda 7 mm, Xaçmaz və Qubada isə 1 mm-dək yağıntı qeydə alınıb.

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Hazırda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada isə 20 m/s-ə çatır.

 

Mənbə: anews.az

Xəbər lenti