Image

Zelenski və Tramp Nyu-Yorkda görüşmək barədə razılaşıblar

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlayıb.Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Prezident Trampla indicə danışdım. Bu, vacib söhbət idi və bir çox məsələləri müzakirə etdik. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik. Bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika var”, – o bildirib.

Ukrayna lideri ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşnerə Kiyevə səfərlərinə görə təşəkkür edib.

“Biz mühüm detalları ətraflı müzakirə etdik və onlar Ukraynadakı vəziyyəti yerində gördülər”, – Zelenski qeyd edib.

O əlavə edib ki, tərəflərin gərginliyin azaldılması, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların həyatının qorunması ilə bağlı təklifləri var.

“Biz Amerika komandası ilə işləyirik və həqiqətən ciddi addımlar atmağa hazırıq”, – Zelenski vurğulayıb.

Mənbə: anews.az

Xəbər lenti