Image

ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb

ABŞ-nin şimal-şərqində bir neçə hava limanında texniki nasazlıq səbəbindən uçuşlara məhdudiyyət tətbiq edilib.Bu barədə xarici media xəbər verir.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Con Kennedi, La-Qardiya, Teterboro və Uestçester hava limanlarında, həmçinin Nyuark və Filadelfiya aeroportlarında uçuşların dayandırıldığını açıqlayıb.

FAA-nın məlumatına görə, problem Filadelfiyadakı hava hərəkətinin idarə olunması mərkəzində bəzi rabitə tezliklərində yaranan nasazlıqla bağlıdır.

Nasazlıq səbəbindən uçuşlarda gecikmələrin bir saatdan dörd saata qədər davam edə biləcəyi bildirilib.

Mənbə: anews.az

Xəbər lenti