Image

Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycan milli komandası Bakıda keçirilən yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib.

8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşmada yeganə qol 58-ci dəqiqədə vurulub. Tacikistan millisinin qapıçısı Oleq Baklov topu öz qapısına göndərib.

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi növbəti oyunlarını UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə Bakıda Litva ilə qarşılaşacaq.

***

Azərbaycan - Tacikistan yoldaşlıq matçına start verilib.

Qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Mənbə: anews.az

Xəbər lenti