Azərbaycanda strateji investisiyalar üzrə xüsusi komissiya yaradılıb - nazir
Azərbaycanda strateji investisiya layihələrinin icrasını sürətləndirmək üçün xüsusi komissiya yaradılıb Azərbaycanda strateji investisiya layihələrinin icrasını sürətləndirmək və dövlət qurumları arasında koordinasiyanı gücləndirmək üçün xüsusi komissiya yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi komissiya strateji investisiya layihələrinin icrasını sürətləndirir və dövlət qurumları arasında əlaqələndirmə məsələlərinə çevik reaksiya verir”, - Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib. Onun sözlərinə görə, hökumət investisiya sazişlərinin əldə olunması ilə onların icrası arasındakı müddəti qısaltmağa çalışır. Cabbarov bildirib ki, Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, nisbətən aşağı dövlət borcu və böyük maliyyə ehtiyatları investorların uzunmüddətli qərarları üçün proqnozlaşdırıla bilən mühit yaradır. O əlavə edib ki, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti Azərbaycanda, o cümlədən ənənəvi və bərpa olunan enerji layihələrinə yenidən yatırır. Nazirin sözlərinə görə, Azərbaycan qazı hazırda 16 ölkəyə tədarük edilir və onların 10-u Avropa İttifaqının üzvüdür. Azərbaycan neftinin və neft məhsullarının ixrac olunduğu ölkələrin sayı isə daha çoxdur. Gülnar Nazimqızı
Mənbə: anews.az