Image

Azərbaycan dinamizm indeksində 130 pillə irəliləyib

Azərbaycan Qlobal Cəlbedicilik İndeksinin (GAI) dinamizm göstəricisi üzrə 2019-cu ildəki 145-ci yerdən 2026-cı ildə 15-ci yerə yüksəlib. Bu barədə “The European House – Ambrosetti” və TEHA Group-un icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli Bakıda keçirilən İnvestisiya Forumu zamanı təqdimatında bildirib. Onun sözlərinə görə, Azərbaycan yeddi il ərzində 130 pillə irəliləyərək həmin dövrdə dünyada ikinci ən böyük yüksəliş göstərən ölkə olub. Dinamizm indeksi ölkələrin GAI göstəriciləri üzrə nisbi artım sürətini ölçür. De Molli bildirib ki, indeks Azərbaycanın sürətlə inkişaf etdiyini göstərir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti