Image

Azərbaycan kritik mineralların emalı üzrə regional inteqrasiya üzərində işləyir

Azərbaycan region ölkələri ilə kritik faydalı qazıntıların emalı, enerji təhlükəsizliyi və yük məlumatlarının rəqəmsallaşdırılması sahələrində inteqrasiyanın gücləndirilməsi üzərində işləyir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İmvestiya Forumunda bildirib. Onun sözlərinə görə, tərəflər sərhədlərarası yük axınlarının rəqəmsallaşdırılmasından karqo məlumatlarının emalına, enerji təhlükəsizliyindən kritik faydalı qazıntıların emalınadək strateji sahələrdə prosesləri uyğunlaşdırmağa çalışırlar. Cabbarov bildirib ki, regional əməkdaşlıq yalnız malların daşınması və tranzitlə məhdudlaşmamalı, birgə istehsal və emalın, regional habların və maliyyə mərkəzlərinin yaradılmasını da əhatə etməlidir. Nazirin sözlərinə görə, ixracyönümlü inkişaf Azərbaycanın 2030-cu ilədək Milli İnkişaf Strategiyasının əsas istiqamətlərindən biridir. Bu məqsədlə uzunmüddətli maliyyələşməyə çıxışın genişləndirilməsi, kapital bazarlarının inkişafı və maliyyə sektorunun fəallaşdırılması nəzərdə tutulur. O həmçinin iqtisadi məhsuldarlığın və dövlət xidmətlərinin keyfiyyətinin artırılması üçün insan kapitalına, rəqəmsallaşmaya və süni intellekt imkanlarına investisiyaların artırılmasının vacibliyini qeyd edib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq