Image

Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır

Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması üçün marşrutda iştirak edən ölkələr arasında sərhəd və tarif prosedurlarının uyğunlaşdırılması vacibdir. Bunu iqtisadiyyat nazirinin birinci müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, Mərkəzi Asiyadan Qərbə və əks istiqamətdə daşınan yüklərin və konteynerlərin emalı üzrə imkanlar bütün iştirakçı ölkələrdə uyğunlaşdırılmalıdır. Ziyadovun sözlərinə görə, tariflərin uyğunlaşdırılması istiqamətində də irəliləyiş əldə olunub, lakin bu məsələnin həlli üçün dövlətlər arasında sıx əməkdaşlıq tələb olunur.

Ziyadov regional investisiyaların cəlb edilməsi baxımından proqnozlaşdırılan mühitin və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.

“İnvestisiya proqnozlaşdırılan mühitin olduğu, gözlənilməz halların baş vermədiyi yerlərə yönəlir”, - o bildirib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq