Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 53% artaraq təxminən 1,8 milyard dollara çatıb. Bunu iqtisadiyyat nazirinin birinci müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Ziyadov qeyd edib ki, Bakı limanının illik yükdaşıma gücünün 15 milyon tondan 25 milyon tona çatdırılması, region ölkələrində liman və dəmir yolu infrastrukturunun inkişafı yeni biznes imkanları yaradır.
Ziyadov bildirib ki, enerji, rəqəmsal bağlantılar və investisiyalar regional əməkdaşlığın əsas istiqamətlərindəndir.
Aytac
Mənbə: anews.az