Image

Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li

Yeni süni intellekt modellərinin təlimində görülən işlərin təxminən 80%-i artıq süni intellekt, yalnız 20%-i isə insanlar tərəfindən yerinə yetirilir. Bunu “01.AI” şirkətinin baş icraçı direktoru Kai-Fu Li bildirib. “Bu gün süni intellekt süni intellekti öyrətməyə başlayıb. İndi modellərin təlimi cəmi 20% insan və 80% süni intellekt tələb edir. Buna görə hər şey kəskin sürətlənib”, - Li deyib. Onun sözlərinə görə, süni intellekt agentlərinin müstəqil şəkildə yerinə yetirə bildiyi tapşırıqların müddəti və mürəkkəbliyi hər il təxminən 10 dəfə artır, texnologiyadan istifadə xərcləri isə ildə 12 dəfə azalır. Li bildirib ki, ChatGPT və digər yeni modellər istifadəyə verildikdən dərhal sonra milyonlarla insan üçün əlçatan olduğundan, süni intellekt əvvəlki texnoloji yeniliklərlə müqayisədə daha sürətlə yayılır. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq