Image

Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir

Azərbaycan 2030-cu ilin sonunadək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payını 30%-ə endirməyi, gəlirlərin 70%-ni isə qeyri-neft sektorundan təmin etməyi planlaşdırır. Bunu maliyyə naziri Sahil Babayev bildirib. “2030-cu ilin sonuna məqsədimiz Azərbaycanın dövlət büdcəsi gəlirlərinin neftdən asılılığını 30%-ə endirmək, gəlirlərin 70%-ni isə qeyri-neft sektorundan təmin etməkdir”, - nazir deyib. Bu məqsədlə hökumət növbəti üç ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri daha 20% azaltmağı planlaşdırır. Babayevin sözlərinə görə, transfertlər son iki ildə artıq təxminən 20% azaldılıb. Nazir həmçinin bildirib ki, büdcənin qeyri-neft ilkin kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ilin sonunda gözlənilən 17%-dən 2030-cu ilədək 12%-ə endirilməsi hədəflənir. Bu göstərici əvvəlki illərdə 22–23% təşkil edib. Babayevin sözlərinə görə, Azərbaycanın ümumi dövlət borcu ÜDM-in təxminən 17%-nə, xarici dövlət borcu isə 6%-nə bərabərdir. Ölkənin strateji ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. O bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzura 15 milyard dollardan, Azərbaycanın digər ərazilərinə isə 10 milyard dollardan çox investisiya yönəldilib. Son beş-altı ildə dövlətin ümumi investisiya portfeli təxminən 25 milyard dollar təşkil edib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq