Image

Rusiya Ermənistana qaz tədarükünü bərpa edib

Şimali Qafqaz qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işlərinin başa çatmasından sonra Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olunub. 

Bu barədə "Qazprom Ermənistan"ın mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, qaz nəqli 15 sentyabrdan dayandırılmışdı. Əsas qaz kəmərinin Rusiya hissəsində işlər görülmüşdü. Təchizat sentyabrın 25-də bərpa olunub. 

Bağlantı zamanı Ermənistan istehlakçılarına qaz təchizatı daxili ehtiyatlar və İrandan gələn əlavə qaz həcmləri sayəsində məhdudiyyətsiz davam edib. 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq