Image

Rusiyada pirotexnika zavodunda partlayış baş verib, ölən və xəsarət alanlar var

Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələrin istehsalı müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, bir nəfər yaralanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı müəssisənin iki binasında yanğın baş verib.

Müəssisə Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk kəndində yerləşir.

Nazirliyin region üzrə idarəsinin məlumatına görə, uçmuş konstruksiyaların sökülməsi zamanı 5 nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan qadın xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanğının söndürülməsinə 100-dən çox əməkdaş və 40 texnika cəlb olunub. Yanğın lokallaşdırılıb, ayrı-ayrı ocaqların söndürülməsi davam edir.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu