Image

İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

İran ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın Pakistandakı mənbələrinin bildirdiyinə görə, razılaşmanın əldə olunmasına İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.

İranın rəsmi qurumları məlumatı hələlik şərh etməyib.

“Reuters”in məlumatına görə, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda ayrıca danışıqların keçirilməsi gözlənilir. Qətərli vasitəçilərin bu gün və ya sabah İranın xarici işlər naziri Abbas Əraqçi ilə, həmçinin ABŞ tərəfi ilə görüşəcəyi bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu