Image

"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı

İsveçin "Spotify AB" və Sinqapurun "TikTok Pte. Ltd." şirkətləri 1 oktyabrdan etibarən elektron ticarət qaydasında təqdim edilən xidmətlərə görə Azərbaycanda ƏDV ödəyicisi kimi qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hər iki şirkət qeyri-rezidentlər üçün nəzərdə tutulan xüsusi elektron portal vasitəsilə qeydiyyat prosedurunu tamamlayıb.

Müvafiq qaydalara əsasən, qeydiyyatdan keçmiş elektron xidmət təchizatçılarına vətəndaşlar tərəfindən ödəniş edilərkən yerli banklar tərəfindən ƏDV tutulmur; bu halda vergi məbləğini şirkətlər özləri birbaşa hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

N. Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu