Image

Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - Yenilənib

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Bakıda Lixtenşteyn yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən D Liqasının 2-ci qrupunun qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Bu nəticədən sonra Azərbaycan 2 xalla qrupda ikinci pillədə qərarlaşıb. Litva 4 xalla liderdir, Lixtenşteyn isə 1 xalla üçüncü sıradadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu başlayıb.

D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramkv adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu