Image

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Vaşinqtona çatdırıb.Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlayıb.

Bəqayinin sözlərinə görə, ABŞ-nin təklifi əsasən nüvə məsələsinə dair əvvəlki mövqeyini əks etdirir. İran tərəfi isə təkliflə bağlı mövqeyini Qətər vasitəsilə ABŞ-yə çatdırıb və bəzi detalları nəzərdən keçirir.

O bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin bərpası ABŞ-nin bir sıra konkret addımlar atmasından asılıdır.

Bəqayi bu addımlar sırasında İranın dəniz ticarətinə maneələrin aradan qaldırılmasını, sanksiyaların dayandırılmasını və hərbi müdaxilələrə son qoyulmasını qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu