Image

Fransa səfiri İran XİN-ə çağırılıb

Fransanın Tehrandakı səfiri Pyer Koşar İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə IRNA xəbər verir.

Səfir ölkədə etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı görülən tədbirlərlə bağlı XİN-ə dəvət olunub.

Görüş zamanı İran XİN-in İnsan hüquqları idarəsinin rəhbəri vəzifəsini icra edən Həmid Əhmədi Fransanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini xatırladıb və əsas azadlıqlara, o cümlədən dinc toplaşmaq hüququna hörmət edilməsinə çağırıb.

Əhmədi Fransa təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı tətbiq etdiyi və ciddi xəsarətlərə səbəb olduğunu bildirdiyi gücdən narahatlığını ifadə edib.

O, həmçinin etirazlar zamanı 5 mindən çox şəxsin saxlanıldığını bildirib.

Əhmədinin sözlərinə görə, dinc toplantı iştirakçılarına qarşı bu miqyasda güc tətbiqinə haqq qazandırmaq mümkün deyil.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu