Image

Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb

Azərbaycan və Mərkəzi Asiya dövlət başçıları Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşünün yekunlarına dair birgə sənədlər imzalayıblar.

 

Oktyabrın 8-də keçirilən imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak ediblər.

 

Dövlət başçıları “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı imzalayıblar.

 

Həmçinin “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu