Image

Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb

Azərbaycanın əhalisinin nominal gəlirləri 2026-cı ilin yanvar-avqustunda 72,7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə ölkədə orta aylıq nominal əməkhaqqı 1 173 manat olub və illik müqayisədə 7,2% artıb.

İstehlak qiymətləri isə 5,7% yüksəlib.

Nominal gəlirlərin artım tempi inflyasiyanı 3,9 faiz bəndi, əməkhaqqının artım tempi isə 1,5 faiz bəndi üstələyib.

2025-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 9,4%, orta aylıq nominal əməkhaqqı 7,2%, istehlak qiymətləri isə 5,7% artmışdı.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu