Image

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur

Oktyabrın 10-da axşam saatlarında Yerdə başlayan maqnit qasırğası iyul ayından bəri ən güclü qasırğa olub.Bu barədə Rusiya Elmlər Akademiyasının mütəxəssisləri məlumat yayıblar.

Bildirilib ki, sonuncu dəfə bu gücdə maqnit qasırğası 2026-cı il iyulun 4-də qeydə alınıb.

Alimlərin sözlərinə görə, geomaqnit təlatümlərinə həftənin əvvəlində Günəş aktivliyinin kəskin artması zamanı kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.

Hazırda maqnit qasırğasının intensivliyi beşballıq şkala üzrə G3 — güclü səviyyəsində qiymətləndirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu