Image

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Avstriya yığmasını 4:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Yarışın son günündə baş tutan 1/16 final qarşılaşmasında Azərbaycan komandasına ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvartı məğlub edib.

Ardınca kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşviliyə qalib gələrək hesabı 2:0-a çatdırıb.

57 kq çəki dərəcəsində Xədicə Qədəşova Laura Kallingeri, 73 kq-da isə Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin qələbəsini rəsmiləşdiriblər.

Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu