Image

Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” aviaşirkəti husilərin hava limanına endirdiyi zərbələrlə əlaqədar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçuşları ləğv edib.Bu barədə “İnterfaks” məlumat yayıb.

Şirkətin rəsmi saytında yayılan məlumata görə, oktyabrın 12-dən 17-dək Ər-Riyada və əks istiqamətdə bütün uçuşlar ləğv edilib.

Daha əvvəl Qərb mediası “Lufthansa Group”, “Air India”, “IndiGo” və “Air France” aviaşirkətlərinin də Ər-Riyada uçuşları dayandırdığını bildirib.

Bazar ertəsi Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi hava limanının fəaliyyətinin dayandırılması müddətini uzadıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu