Image

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanmasına diqqət yetirməliyik

 

 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla paraflanmış sülh sazişinin yaxın gələcəkdə imzalanması və təsdiqlənməsinin vacibliyini vurğulayıb. Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.

“Sülh Sazişini imzalayın və təsdiqləyin”, - o, videoya əlavə etdiyi qeyddə yazıb.

Baş nazirin sözlərinə görə, yaxın gələcəkdə diqqət Azərbaycanla paraflanmış sülh sazişinin imzalanmasına və təsdiqlənməsinə yönəldilməlidir.

“Və bu baş verdikdə, biz Ermənistan dövlətçiliyinin davamlılığı üçün təməl daşını qoyduğumuzu qeyd edə bilərik”, - Paşinyan bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu