Image

Bakı Limanında konteyner daşımaları 30% artıb

2026-cı ilin yanvar-sentyabrnda Bakı Limanında 100 min TEU həcmində konteyner daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur. Bu barədə Bakı Limanı məlumat yayıb.

Belə ki, 2025-ci ilin ilk 9 ayında limanda 77,3 min TEU həcmində konteyner daşınıb.

Hesabat dövründə limanda aşırılan ümumi yükün həcmi 4% artaraq 6,35 milyon tona çatıb. Quru yüklərin həcmi isə 71% artaraq 1,75 milyon ton təşkil edib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu