Image

AMB: Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 121%-ə çatıb

Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 2026-cı ilin birinci yarısında 121% təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, göstəricinin 100%-lik həddi üstələməsi əhalinin sərəncamında qalan gəlirlərin yeni ipoteka kreditləri üzrə orta aylıq ödənişləri qarşılamaq üçün kifayət etdiyini göstərir.

Həsənov qeyd edib ki, 2026-cı ilin ortalarına olan məlumata əsasən, Azərbaycanda mənzillərin ilkin bazarında qiymətlərin illik artım tempi 12,7%, təkrar bazarda isə 8,3% təşkil edib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu