Image

ADY üçüncü rübdə 3 milyondan çox sərnişin daşıyıb

 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin üçüncü rübündə 3 milyon 33 min 501 sərnişin daşıyıb ki, bu da ilin ilk iki rübü ilə müqayisədə ən yüksək göstəricidir. Bu barədə qurumdan bildirilib. 

Üçüncü rübdə sərnişin sayı ikinci rüblə müqayisədə 4,8%, birinci rüblə müqayisədə isə 18,1% artıb.

İlin ilk rübündə dəmir yolu nəqliyyatından 2 milyon 568 min 654, ikinci rübündə isə 2 milyon 895 min 349 nəfər istifadə edib.

 2026-cı ilin yanvar-sentyabr aylarında ADY-nin daşıdığı sərnişinlərin ümumi sayı 8 milyon 497 min 504 nəfərə çatıb.

Üçüncü rübdə sərnişindaşımaların əsas hissəsi şəhərətrafı marşrutların payına düşüb. Bu istiqamətdə 2 milyon 825 min 692 nəfər daşınıb. Beynəlxalq marşrutlarda sərnişin sayı 63 min 787, digər daxili marşrutlarda isə 144 min 22 nəfər olub.

Göstəricilər 2026-cı ilin ilk doqquz ayında dəmir yolu nəqliyyatı ilə sərnişindaşımaların artdığını göstərir. Üçüncü rübdə sərnişin sayı birinci rüblə müqayisədə 464 min 847 nəfər çox olub.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu