Image

"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib

“SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə uçuş həyata keçirən SWR-188 reysi Bakı aeroportuna təcili eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla enib.

Aeroportun məlumatına görə, səhhəti pisləşən sərnişinə ilkin tibbi yardım göstərilib. Uçuşun davam etdirilməsi ilə bağlı qərarı təyyarənin kapitanı verəcək.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu