Image

Ermənistana keçən çoban geri qaytarılacaq - Ermənistan MTX

 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan ərazisində aşkar edildiyini təsdiqləyib.

MTX-nin bəyanatına görə, həmin gün saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş rayonunda tapılıb.

Yoxlama tədbirləri nəticəsində onun azaraq Ermənistan ərazisinə düşdüyü müəyyən edilib.

“Vətəndaşın geri qaytarılması üçün müvafiq tədbirlər görülür”, - bəyanatda bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu