Image

Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalana biləcəyini açıqlayıb. Bu barədə  Paşinyan bu barədə jurnalistlərlə söhbətində danışıb.

“Biz Azərbaycanla davamlı şəkildə işləməliyik”, - Paşinyan deyib.

Baş nazir TRIPP infrastruktur layihəsinin həyata keçirilməsinin də vacib olduğunu vurğulayıb.

“Əlbəttə ki, birinin digəri ilə heç bir əlaqəsi yoxdur, amma biz artıq TRIPP layihəsinə başlayırıq”, - o əlavə edib.

Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin mətni paraflanıb. 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu