Image

Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür

Şənbə günü Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir. Beynəlxalq turnirdə FIFA-ya üzv 189 ölkənin milli komandası mübarizə aparır.

​Yarışın ilk günündə ümumilikdə 92 matçın keçirilməsi nəzərdə tutulub. Turnir çərçivəsində oktyabrın 30-dək 1000-ə yaxın qarşılaşma baş tutacaq.

​Çempionatın rəsmi açılış mərasimi və Azərbaycan milli komandasının Timor-Leste yığması ilə saat 19:30-da planlaşdırılan ilk oyunu Bakı Kristal Zalında təşkil olunacaq. Turnirin final görüşü də eyni məkanda keçiriləcək.

​Yarışın digər oyunları isə xüsusi olaraq qısa müddətdə inşa edilmiş Hövsan Yarış Kompleksində baş tutacaq. 10 futbol meydançasından ibarət kompleks eyni vaxtda 20 matçın keçirilməsinə imkan verən lazımi infrastruktura malikdir.

​Azərbaycan yığması qrup mərhələsi çərçivəsində Hövsan Kompleksində oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti komandaları ilə qarşılaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu