Image

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb, xəsarət alan yoxdur

Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 11 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

​Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

​Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində binanın ikinci mərtəbəsindəki mənzilin mətbəxində alovlanan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu