Image

İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb

İndoneziya Sinqapura kəmər qazı tədarükünü təxminən 9% azaldaraq sərbəstləşən həcmləri daxili elektrik stansiyalarının təminatına yönəldib. Bu barədə neft-qaz sahəsi üzrə tənzimləyici qurumun (SKK Migas) rəhbəri Coko Sisvanto bəyan edib.

​Oktyabrın 24-dən etibarən Sinqapura təbii qaz ixracının həcmi sutkada 31 milyon standart kubfut azaldılıb. Natuna rayonundan tədarük 15 milyon, Sumatradan isə 16 milyon kubfut ixtisar olunub.

​Sisvantonun sözlərinə görə, azaldılan qaz həcmləri Batam, Bintan və Sumatra adalarında elektrik enerjisinə olan tələbatın ödənilməsinə yönəldiləcək.

​Oktyabr ayının əvvəlində Batam şəhəri və Riau Adaları əyalətinin bir neçə yaşayış məntəqəsində 16 saatlıq elektrik kəsintisi qeydə alınmışdı.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu