Image

Yaponiyada 5,3 maqnitudalı zəlzələ olub

Yaponiyanın Küsü adasının cənub-şərq sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Sunami təhlükəsi yoxdur.Bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri okeanın dibində, dayaz ərazidə yerləşib. Yeraltı təkanlar Kaqosima və Miyazaki prefekturalarında binaların silkələnməsinə səbəb olub.

İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb. İctimai nəqliyyat normal fəaliyyət göstərir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu