Image

Azərbaycan millisi bu gün FIFA U-15 turnirində iki oyun keçirəcək

FIFA U-15 Dünya Çempionatı və Festivalında bu gün iki oyun keçirəcək.

Famil Xəlilovun rəhbərlik etdiyi komanda saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq.

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Azərbaycan millisi turnirdəki ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Komanda oktyabrın 26-da İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu