Image

Sumqayıtda beş avtomobil toqquşub

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

"BMW", iki "Toyota", "Hyundai" və "Chery" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər beş avtomobilə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu