Image

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

Nigeriyanın Taraba ştatının Binnari kəndinə silahlı hücum nəticəsində azı 40 dinc sakin həlak olub.Bu barədə “Premium Times” qəzeti xəbər verir.

Məlumata görə, silahlı şəxslər Taraba ştatına qonşu Plato ştatından daxil olublar.

Hücum zamanı əkin sahələri yandırılıb, yaşayış evləri və mağazalar dağıdılıb, yerli sakinlər öldürülüb.

Şahidlərin sözlərinə görə, itkin düşənlərin sayı çox olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Axtarış-xilasetmə işləri davam edir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu