Image

Gənclərin başçılıq etdiyi ailələrin 69,9%-i üç və daha çox otaqlı evlərdə yaşayır

 

Ev təsərrüfatı başçısının yaşı 30-dan az olan ailələrin 69,9%-i üç və daha çox otaqlı evlərdə yaşayır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Həmin ailələrin 24,6%-i ikiotaqlı, 5,5%-i isə birotaqlı evlərdə məskunlaşıb.

Gənclərin başçılıq etdiyi ev təsərrüfatlarının 54,9%-i fərdi yaşayış evində, 42%-i ayrıca mənzildə, 3,1%-i isə yataqxanada yaşayır.

Yaşayış yerlərinin 89,5%-i ev təsərrüfatlarının öz mülkiyyətində, 8,7%-i dövlət mülkiyyətindədir.

Bələdiyyə və hüquqi şəxslərə məxsus, eləcə də fiziki şəxslərdən kirayələnən yaşayış yerlərinin hər birinin payı 0,6% təşkil edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu