Image

“Həzi Aslanov–İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olunub

Oktyabrın 27-dən Bakı metrosunun “Həzi Aslanov–İçərişəhər” sahəsində qatarların birbaşa hərəkəti bərpa edilib.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq olunan məkik hərəkət ləğv olunub. Qırmızı xətdə qatarlararası interval pik saatlarda iki dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edir.

Metropolitenin məlumatında deyilir ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma işləri aparılıb. Layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu