Image

Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb

Azərbaycanda 15-19 yaşlı qadınlar arasında hər 1 000 nəfərə düşən diri doğulanların sayı 2025-ci ildə 24-ə enib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

 2024-cü ildə bu göstərici 27,6 olub.

Kənd yerlərində doğum əmsalı 42,3-dən 37-yə, şəhərlərdə isə 15,2-dən 12,9-a düşüb.

2025-ci ildə kənd yerlərində 15-19 yaşlı hər 1 000 qadına 37 diri doğulan düşüb. 2024-cü ildə bu göstərici 42,3 olub.

Şəhər yerlərində isə həmin yaş qrupunda doğum əmsalı 2024-cü ildəki 15,2-dən 2025-ci ildə 12,9-a enib.

2025-ci ildə kənd yerlərində 15-19 yaşlı qadınlar arasında doğum əmsalı şəhərlərlə müqayisədə təxminən 2,9 dəfə yüksək olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu