Image

Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub

Lənkəran-Astara iqtisadi rayonunda rəsmi qeydə alınmamış nikahda olan qadınlardan 2 758 uşaq diri doğulub. Bu, region üzrə diri doğulan uşaqların 25,9%-ni təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Bu uşaqların 2 211-i kənd yerlərində, 547-si şəhərlərdə doğulub.

Qeydə alınmamış nikahlardan doğulanların ümumi diri doğulanlara nisbəti kəndlərdə 27,7%, şəhərlərdə isə 20,7% olub.

Rayonlar arasında ən çox belə doğum Cəlilabadda qeydə alınıb- 1 312 uşaq, yaxud rayon üzrə diri doğulanların 42,9%-i.

Masallıda bu göstərici 585 uşaq (26,8%), Lənkəranda 378 (19,3%), Astarada 245 (17,2%), Lerikdə 126 (12,3%), Yardımlıda isə 112 (11,3%) olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu