Image

Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika

Azərbaycanda rəsmi qeydə alınmamış nikahlarda 2025-ci ildə beşinci və daha çox doğulan uşaqların sayı 333 olub ki, bu da 2024-cü illə müqayisədə 1 nəfər çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

 Həmin uşaqların bu nikahlarda doğulanların ümumi sayındakı payı isə 2,5%-dən 2,9%-ə yüksəlib.

2025-ci ildə rəsmi qeydə alınmamış nikahlarda ümumilikdə 11 626 uşaq diri doğulub. 2024-cü ildə bu göstərici 13 228 olub. Beləliklə, bir il ərzində bu nikahlarda doğulan uşaqların sayı 12,1% azalıb.

2025-ci ildə bu nikahlarda 5 810 birinci, 3 374 ikinci, 1 604 üçüncü və 505 dördüncü uşaq dünyaya gəlib.

2024-cü ildə müvafiq göstəricilər 7 006, 3 715, 1 701 və 474 olub.

Beşinci və daha çox doğulan uşaqların sayı 2025-ci ildə qızlarda 173, oğlanlarda isə 160 təşkil edib. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 188 və 144 olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu