Ceyranbatanda məktəbdə 10 şagird zəhərlənib
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. İlkin məlumata görə, şagirdlərin popkorndan zəhərləndiyi ehtimal olunur.
“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Şagirdlərin səhhəti və hadisənin səbəbləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Mənbə: anews.az