Image

8 şagirdə yerində yardım göstərilib- Açıqlama/ Yenilənib

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki,  məsələ nəzarətə götürülüb. Araşdırılır.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. İlkin məlumata görə, şagirdlərin popkorndan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

 

 

 

 

 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu