Image

Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir

2025-ci ildə Lənkəran-Astara iqtisadi rayonunda 5 162 nəfər ölüb. Bu, iqtisadi rayonlar arasında ən yüksək göstəricidir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Qarabağ iqtisadi rayonu 4 924 nəfərlə ikinci, Qazax-Tovuz iqtisadi rayonu isə 4 777 nəfərlə üçüncü yerdə qərarlaşıb.

Lənkəran-Astara iqtisadi rayonunda ölənlərin 2 755-i kişi, 2 407-si qadın olub. Qarabağ iqtisadi rayonunda 2 663 kişi və 2 261 qadın, Qazax-Tovuz iqtisadi rayonunda isə 2 558 kişi və 2 219 qadın ölüb. 

2025-ci ildə Azərbaycanda ümumilikdə 59 834 ölüm qeydə alınıb.

Bakıda ölənlərin sayı 14 272 nəfər təşkil edib. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu