Image

İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında keçirilən “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.

Final görüşündə Çexiya və İspaniya komandaları qarşılaşıb.

Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi olub.

Dövlət başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu