Image

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Zəfər Günü münasibətilə noyabrın 8-də Bakıda Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunacaq.

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konsert “Saat qülləsi”nin yaxınlığında baş tutacaq.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış edəcəklər.

Bayram tədbiri atəşfəşanlıqla yekunlaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu