Image

Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəməndəki husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılan qanadlı raketi zərərsizləşdirib.

Bu barədə husilərə qarşı mübarizə aparan hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

"Ənsar Allah" hərəkatı tərəfindən Ər-Riyada doğru buraxılan qanadlı raket ələ keçirilərək məhv edilib", – o bildirib.

Əl-Maliki hadisə nəticəsində insan tələfatı və ya dağıntıların olub-olmadığı barədə məlumat verməyib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu