Hörmüz boğazında minaya düşən tanker yanıb
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.Bu barədə "Al Jazeera" İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
İran tərəfinin bildirdiyinə görə, tanker boğazın gəmilərin hərəkəti üçün qadağan olunmuş hissəsindən keçib.
Məlumata əsasən, gəmidə naviqasiya sistemləri söndürülüb və heyət dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.
Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilməyib.
Mənbə: anews.az