Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Azərbaycanın futzal millisi 2028-ci il dünya çempionatının əsas mərhələsində növbəti oyununu keçirib. Bakı İdman Sarayında Latviya yığması ilə qarşılaşan Azərbaycan komandası 1:5 hesabı ilə məğlub olub.
XII qrupda Azərbaycan millisi bundan əvvəl səfərdə Çexiyaya 1:2 hesabı ilə uduzub, Lənkəranda isə həmin komanda ilə 2:2 hesablı heç-heçə edib.
Mənbə: anews.az